ERMƏNİ YOXSA TÜRK -MÜSƏLMAN SOYQRIMI?

 

 

 

 Ən qorxunc vəziyyətdə olan minlərlə erməni görmüşəm. Lakin o qədər qabardılan “Türk vəşiliyinə” hüç harda mənə rast gəlməyib.

                                                                                                           Rus elçisi Mayevski

  İnsanlar yalana inandıqca həqiqətin varlığıda yox olur. Bu tip yalanlar bəzən elə bir zirvəyə yüksəlirki sonradan onun yalan olduğunu subut etmək çətin bir maniə olaraq qarşımızı kəsir.

 İllər , əsirlər boyu insanlar bu sayaq maniyələrlə üz-üzə qalsada bunların arasında yalanın ayaq tutmasına da rəvac verənləri tapılıb.  Bəlkədə bütöv bir xalqı suçlu hesab etmək beynəlxalq arena üçün doğru səslənməz , lakin mən yalan söyləmək niyətindən uzağam və fərziyələri həqiqət kimi xeyrimizə olsa belə söyləmək niyətində deyiləm. Odur ki , seçdiyimiz mövzunu şahidlərin qeydləri ilə sizin ixtiyarınıza təqdim edirəm. Mən sadəcə burada bir vasitə rolunda çıxış edərək öz vətəndaşlıq borcumu yerinə gətirdim. Hislərə qapılaraq işlətdiyim bəzi kəsgin ifadələrin yaranmasıda yalanın həqiqət üstündə az qala qələbə çalmasını qəbul edə bilməməyimdir.

   Dünyanı daha çox yalanları ilə heyrətləndirə ermənilər öz millli kimliklərindən tutmuş digər məsələlərə kimi nə varsa saxta qeydlər üstündə qurub və qurmaqda davam etdirirlər.Bu üzdən iraqların yalanlarınasa bir sıra dövlətlər özlərinə sərf edən tərəfdən yanaşaraq  məqsədləri naminə erməni kartından məharətlə istifadə edirlər. Bu sayaq dövlətlərdən olan Fransa, Rusya, ABŞ, və .s. bu kimi dövlətlərin maraqları bəllidir:

  1. Xiristan təsübkeşliyi.
  2. Vahid türk , müsəlman xətti üzərində qeyri türk və müsəlman olan bir separatçı , adı müstəqil lakin müstəqil siyasət yürüdə bilməyən bir dövlətin saxlanması və məqsədlərinə bu dövlətçik vasdəsi ilə çatmaq.

 Bu səbəbdən dünya ictimayəti tərəfindən tez – tez gündəmə gələn “erməni soyqrım” məsələsinə işıq tutmağa çalışaq və 1915-ci il hadısələrinin kökünə o zamanki rus və avropa diplamatlarının gözü ilə nəzər yetirək, bəlkə nələrsə bizim üçündə aydınlaşdı.

  İstər çar Rusyasının, istər Sovet inperyasının, istərsədə Rusya Fedarasyasının Qafqazla,  eləcədə, Türküyə ilə bağlı mövqeyi tam bəllidir. Bu gün ermənilərə açıq və gizli yardlmlar edən rusya 1915 –ci il hadısələrinin dəsdək və nəfəs verəni olub.

  Çar Rusyasının Osmanlı Türküyəsindəki konsulu Mayeviski Türküyədə özbaşınalıq edən ermənilərin Rus silahları ilə silahlandlqlarınlı açıq şəkildə öz xatirələrində göstərərək yazır: “Bu ərazilərdə erməni özbaşınalığı o həddə çatıb ki, qadınlar, uşaqlar belə qətlə yetirilir, evlər dağıdılır , yağmalanır, qarət edilir”.

  Ermənilərin 1895-96-cı illərdə törətdikləri qətilyamlara , nəinki Rusya, İngiltəerə, ABŞ, eləcədə Fransa xusisi köməklik göstərmişdir.Türküyədə fransız elçisi Koban erməni terrorçularının hazırlanmasında şəxsən iştirak etmiş, dövlətinin çirkin əməllərini ermənilərin əliylə həyata keçirməyi məqsədə uyğun saymışdır. Mayeviskinin qeydlərinə əsaslansaq o zaman türküyədə həbs edilən erməni quldurları Avrıpa ölkələrinin təkidi ilə azad edilərək fransaya aparılaraq yenidən Türküyə ərazisinə gətirilir yeni cinayəıtlərin törədilməsinə şərait yaradılırdı.

  Bu gün dünyaya “demakratya” dərsi verən ABŞ 1895-96-cı illərdən başlayan erməni özbaşınalığının təşkilatçılarından biri olub. Tarixi faktlar göstərir ki, ABŞ bu məsələlərdə digər “erməni qardaşlarını” qabaqlayaraq ermənilərə daha çox dəstək verməyə çalışıb. 1896- cı ildə dövlət səviyəsində Amerkadan Türküyəyə göndərilən, öz dövrü üçün müəyyən nifuz sahibi olan Doktor Reynald 1896-cı ilin iyun ayının 6-da Van şəhərində erməni quldur dəstələri olan “Qancaq”, “Darşok” və “Ermənistan” quldur düşərgələrində olmuş , onlara lazimi təlimatlar vermişdir. Doktor Reynaldın həmin düşərgələrdə olduğu mütdətdə yüzlərlə Türk – Müsəlman qadını, uşağı onun gözləri qarşısında vəşicəsinə qətlə yetirilmişdir.

  Yuxarda gösdərildiyi kimi bu məsəllərdə Fransanında mühüm rolu olub. 1896-cı ilin avqust ayının 14 də saat 12 radələrində “Daşnaqsutunun” quldur dəstələri Fransa səfirliyinin dəstəyi ilə Osmanlı bankını tutmuş , hərbi müdaxilənin olacağını görən səfirlik 25 erməni quldurunun həbs olunmalarının qarşısını almaq və öz cinayətlərini pərdələmək məəqsədi ilə, güya erməni quldurları ilə danışıq aparacağıq adı ilə banka gələrək onları özləri ilə təhlükəsizlik şəraitində dəniz limanına gətirirlər. Fransızların himayəsi ilə canlarını qurtaran bu quldurlar elə onların gəmisi olan “Jranda”ya mindirilərək Fransanın lberal zonası olan Marselə göndərilir və burada sərbəst buraxılaraq yenidən Türküyəyə qayıtmalarına şərait yaradılır. Bu hadisədən bir il əvvəl , 1895-ci ilin sentiyabırında ingilis vitse-konsulu C.M. Halovordun köməkliyi ilə Türküyədən iran ərazisinə keçən ermənilər sərhəd kəndlərində kütləvi qırğınlar törədirlər . Halovordun dəstəyi ilə törədilən bu qırğınlar məlum səbəblərdən sonralar qələmə aldığı “Göy kitabında” yer almır. Xatırladım ki, bu kitab Halovordun xatırələr toplusudur və Türküyə ilə bağlı bir söra məsələlər bu kitabda öz əksini tapıb.

    Sentiyabr qətilyamını törədən ermənilərsə 1895-ci ilin iyul ayının 11-də avropa ölkələrinin təkidi ilə Türküyə tərəfindən azadlığa buraxılan ermənilər idi.

   1895-ci ilin axırına kimi Türküyədə vitse-konsul vəzifəsində calışan ingilis diplamatı Alvartda digər avropalı diplamatlardan geri qalmamış ermənilərə hər tərəfli yardım etmişdir. Alvartın ermənilərə açıq dəsdək verməsini pərdələmək məqsədi ilə rəsmi London 1895-ci ilin axırlarında Alvartı Vilyamsla əvəz edir. Bununla London erməni quldurlarına açıq dəstəyi arxa plana keçirir və onlara gizlin maddi dəstək verməyə başlayır.  Buna baxmayaraq Londonun rəsmi dəstək tirbunası boş qalmır, onların yerini ABŞ tutur. 1895-ci ilin deklabırından ABŞ dan hərtərəfli dəstək alan erməni quldurları Vanda özbaşınalıqlarını bir qədərdə genişləndirirlər.

    Erməni quldurları, nənki türkləri və müsəlman xalıqlarını, eləcədə onların qəddarlığı ilə barışmayan erməniləridə öldürürdülər. İsdinad etdiyimiz mənbələrdə gösdərilir ki, 1896-cı ilin yanvar ayının 6-da erməni yepiskopu Boqaz ermənilərin özləri tərəfindən güllənib.

   Ermənilər bu gün birvaxt özlərinin özlərinə qarşıda yönəltdikləri silahın tətiyində bizlərin olduğunu subut etməyə çalışırlar , birçox yerlərdəsə buna müvəfəqdə olurlar. Bu baxımdan avropalı diplamatlarının o zamanki qeyidlərinə baxmaq yəqin ki maraqlı olardı.

   ABŞ –nın vitse – konsulu Vilyamısın 1896-ci il 15 may raportunda göstərilir:  “Son həfdə ərzində ermənilər kürdlərə iki dəfə hicum ediblər və hər iki hadisə qətillərlə nəticələnib. Öldürülənlərin cəsədləri ermənilər tərəfində tanınmaz hala salınıb...” Vilyams digər bir qeydində yazır: “ İyun ayının 2-dən 3-nə keçən gecə ermənilər türk zabitlərindən ibarət gözətçi dəsdəsinə hicum ediblər... Sonra ermənilər onlara maddı yardım etməkdən boyun qaçıran erməni bankirini qətlə yetiriblər”.

   1901-ci ildə fəallaşan Andranikin quldur dəstələri Türküyədə daha dəşətli və amansız qırğınlara başladılar. Onlar qadınları, uşaqları diri-diri odda yandırır, hətta ölmüş insanların cəsədlərini eybəcər hala salırdılar ki, əhali icərisində qorxu yaransın. ( Bu quldurların bu cür iyrəncliklərini biz Qarabağda xususi ilə  Xocalı faciyəsində bir daha gördük N.Ə )

  Ermənilərin bu özbaşınalıqları səbəbindən 1915-ci hil hadisələri meydana çıxdı.Türküyənin bu qanlı qırğınlara son qoymaq səbəbindən atdığı hər hansı bir addımı soyqrm adlandırmaq cəfəngiyyatdan başqa bir şey deyil.

   əsrin əvvələrində Türküyə ərazisində davam gətirməyən erməni quldurlar Cənubu Qafqaza soxuldular və bu ərazidə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq 100 minlərlə insan qətlə yetrildi.

  Erməni quldurları Cənubu Qafqazda 100 min azərbaycan türkü ilə yanaşı, 22 min ləzgi, 17, min Kürd, 6 min dağ yahudisini qətilə yetirməklə ən böyük qətilyama imza atdılar.

  Erməni “soyqrım” məsələsini qabardan avropa ölkələri öz dövlət arxivlərini qaldırsalar kimin soyqrıma məruz qaldınığını dəqiqləşdirərlər.

  Fıransız elçisi Kambonun raportundan çıxarış.  “ 1891-ci il. Londonda ermənilər yaxşı sığınacaq taptılar.Qladiator Kabineti narazı erməniləri topladı, onları quruplaşdırdı,vəd verdi. Həmin vaxtan təbliğat komitəsi Londonda yerləşdi...

Onların işlərini yerdəki komitələr həyata keçirdi...”

 Komitələrinsə həyata keçirdiyi siyasət Türküyədə və Cənubu Qafqazda digər erməni mənşəlli əhalinin qətlə yetrilməsi idi.

 Rus elçisi Mayevski xatirələrində yazır: “Əgər Türklər qəzet və jurnal səifələrində təsvir edildikləri kimi olsaydılar , bu gün burada xiristianların yaşaması mümkün olmazdı. Ən qorxunc vəziyyətdə olan minlərlə erməni görmüşəm. Lakin o qədər qabardılan “Türk vəşiliyinə” hüç harda mənə rast gəlməyib.

 Indi isə mən o inamla yaşayıram ki, vəşilik etməyə türklər yox , daha çox vəşiliklərini bu böhtan vasitəsi ilə pərdələyən şərq xiristianları qadirdilər”.

 

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !