|
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan tanınmış gənc yazarı, şair Nofəl Ədalətdir.
Nofəl bəy, bir yazar olaraq, Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı baxışlarınızı bilmək istərdik. Orada cərəyan edən hadisələri izləyirsinizmi?
Güneydə gedən hadisələri təbii olaraq daim izləmək deyil, orada gedən hadisələrə dəstək numayiş etdirmək gərəkdir. Biz güneyli, quzeyli, qərbli olaraq Azərbaycanımızı çiçiltməməliyik. Çalışmalıyıq ki, Güneyin dərdlərini özümüzün ki, bilərək dəyərləndirək və bunun uğrunda ortaya yetkin bir fikir qoyaq. Güneyin azadlığını və ümumiyyətlə, Azərbaycanın vahid bir bayrağ altında birləşməsini güney hərəkatlarının hər biri eləcə də Azərbaycanı sevən hər bir şəxs istəyir. Lakin bu yolda birlik nümayiş etdirmək, mövcud gücümüzüdən maksumum dərəcədə yararlanmaq ən vacib şərtdir.
Güney Azərbaycan Milli Hərəkatının ətrafında toplaşan qurumların işlərini alqışlayıram. Ancaq onuda deyim ki, bu sahədə nə etmişiksə də yenə də azdı. Daha uğurlusunu edə bilərik. Məni ağrıdan məqam, Cənubi Azərbaycanla bağlı olan bir sıra hərəkatların tutduğu mövqey narahat edir. Bəzən elə soydaşımız, yurddaşımız tapılır ki, bu hərəkatın rəsmi olaraq önünə keçməyi sanki Təbrizin fars rejimindən çıxardığı kimi qəbul edir. İlk öncə bu şəxsi mənafeyçilərdən qaçmaq və təmizlənmək gərəkdir. Bu gün güclü və inamlı gəncliyimiz var. O gənclik ki, sovetlərin yaltaq üzlülərini, qərbin mütilik siyasətinə yaxın buraxmır. Onlardan qrantlar alaraq qərbə yönəlik işlər həyata keçirmir. Bu gəncliyi bir araya gətirmək yolunda işlərin qurulmasına çalışmalıyıq. Bu bir həqiqətdir ki, bəzən adı pafosla çəklin bir təşkilat yalnız bir və ya bir neçə vətənsevərdən ibarət olaraq yaşayır və bu təşkilatların birliyinə nail olmaq lazımdır. Mən fürsətdən istifadə edib müxtəlif qurumlarda təmsil olunan gənclərə səslənirəm, gəlin biz bu təşkilatların birliyinə nail olaq. Məqsədimiz bir, amalımız birdisə niyə bölünək. Yetmədimi bu qədər bölünmək bizə? Bu bölünməyimizin səbəbidir ki, İrəvanı, Borçalını, Təbrizi, Dərbəndi və ən nahayət Qarabağı itirdik və bu sürətlə davam etsək növbəti əlli ildə bir qarış olsun Azərbaycan torpağı qalmayacaq. İçimizdən, özümüzdən başlamalıyıq. Necə ki içimizdən çıxan Fətəli Şah Qacar öz taxtını qorumaq üçün son dəfə 1828–ci ilin fevralın 10-böyük bir xəyanətə imza atdı. Bu gün də Fətəli şahın yolunu tutanlarımız var ki, bunlara gənclik yerini göstərməlidir. Böyüklərə sayqım və hörmətim çox böyükdür, lakin bu bir həqiqətdir ki, yaşlandıqca ölümdən, qandan qorxuruq. İnqilab daim gənclərin üzərində son akordunu vurub. Bundan qaçmamalıyıq. Daim qılınc tutan, güc tərəfi inqilabın aparıcı, belə deyərdim ki, əsasını təşkil edir. Bu da gənclikdir. Ümumiyyətlə, bu gün gənc yazarlarımızın ədəbi yaradıcılığında Güney Azərbaycan məsələsinə önəm verilirmi?
Əvəlcə bu mövzu barədə fikirimi bildirim: Güney mövzusunu bu günə qədər bu və ya başqa bir formada işlədiblər. Bu mövzunun özünə məxsusluğu var ancaq nə yazıq ki, bunu hələ yazarlarımızın çoxu anlaya bilməyib. Hətta S. Rüstəmin tez-tez efirlərdə səsləndirilən Təbrizim şeiri də bu mövzunun bədii əksi deyil. Eləcədə bu mövzunu yaradıcığında qabardan sovet dövrü ədəbiyyatımızın numayəndələri. Baləş Azəroğlu, Söhrab Tahir və .s. Bu siyahını xeyli genişləndirmək olar. Diqqət edin S. Rüstəm deyir: - gəlmişəm öpməyə torpağın daşın... Ancaq demir ki, gəlmişəm səni azad edəm və s. Demək bu günə qədər yazılmışlarla heç nə edə bilməmişik. Daim bu mövzuda yazılan əsərlərin ana xətdində mücərədlik olub. Gerçəkliyə sığışmayan, heç özünəməxsus romantikası da olmayıb. Qəbul edilən faktdır ki, azad düşüncə tərbiyyəsini bədii əsərlərlə daha dərindən aşılamaq mümkündür. Bu günə qədər aşlanan fikirlər demək nəticə hasil etməyibsə... Sizcə, yazalarımız nə üçün Güney Azərbaycan məsələsini yaddan çıxarırlar?
Deməzdim tamamilə yaddan çıxarıb. Bu mövzuya müraciət edən gənclərimiz var, ancaq nə qədərdir? Bunun özü müzakirə mövzusu ola bilər. Bu mövzuya müraciət etmək üçün şəxsin içində bir təşəbbüs olmalıdır. Bu yoxdursa onun yolunu tapmaq gərəkir. Gəncliyin içində daha çıx Ələmdar Cabbarlı yaradıcılığında Təbriz həsrəti və azadlığını təbliğ edən əsərlərə rast gəlmişəm. Ola bilsin bu səpkidə yazan gənc yazarlarımızda var, lakin biz onları tanıya bilmirik. Ona görəki gəncliyin çap olunma imkanları məhduddur. Azərbaycanda olan hansısa bir qurum bu sahəyə yatrım etməkdən, hər hansı bir vətənpərvər yazarın bir kitabını çıxarmaqdan boyun qaçırır ki, nəticə etibarı ilə bununda zərbəsi vətənə, millətə dəyir. Təsəvvür edin ki, nəinki Azərbaycanda deyərdimki ümumiyyətlə şərqdə və türk dünyasında əvəzi olunmayan Əvəz Qurbanlı kimi bir gənc satirik yazarımızın, bir vətənpərvər şairin on ildə bir kitabı çap olunmur, kiminsə bığının altında keçməyi bacaran bir yaltağın ildə bir kitabı çıxır və efir və digər mətbuat vasitəsilə oxucuya sırınır. Və yaxud hansısa əxlaqsız bir yazarcığazın əsəri. Bu bir yana Azərbaycanda fəaliyyət göstərən telekanalların hansı birində vətənpərvərliyi təbliğ edən bir poezya verilişi var. Ədəbi verilişlərdə çoxmu gənc yazarlar görürük? Əlbətdə ki yox. Bir əxlaqsız müğənniyə saatlarla vaxt ayıran, onun alt paltarlarına kimi numayiş etdirən bir kanal olmaz ki, gənc yazarlara ayda bir saat vaxt ayırsın. Bunu etmir. Əvəz Qurbanlı, Aytən Təmasib, Ələmdar Cabbarlı, Sabir Alim, Arif Alim, Elşən Əzim, Elnur Bayram, Günay Ələkbərzadə kimi istedadlı gənclər bu gün kölgədə qalırsa onlara hər hansı qayğı göstərilmirsə və yazdıqları oxucuya çatmırsa, bütöv gəncliyi qınamaq olmaz. Bu məsələnin daima gündəmdə saxlanılması üçün hansı təkliflərinizi var?
Gündəmdə saxlanması məsələsi mətbuat orqanlarınlın işidir. Yuxarıda dediyim kimi televiziyalar bu sahədə böyük iş görə bilər ancaq nə yazıq ki, bunu görmür.
|